Rezidenturaya qəbul imtahanı başlayır

18:39 - 1 Aprel 2019 - Xəbər

Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi aprelin 7-də keçiriləcək.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat veirlib. İmtahana buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Xəbər xətti