Bu gün paytaxt Bakının mərkəzində ağır yol qəza hadisəsi baş verib.
Ucnoqta.az SalamNews-a istinadən xəbər verir ki, qəza R.Behbudov küçəsində qeydə alınıb. İlkin məlumata görə, yüksək sürətlə hərəkət edən minik avtomobili idarəetməni itirərək piyadanı vurub daha sonra 5 nömrəli Bakubus avtobusuna çırpılıb. Hadisə nəticəsində dayanacaqda olan sərnişinlərdə bir neçəsi xəsarat alıb, həmçinin minik avtomobilinin sürücüsü hadisə yerdində dünyasını dəyişib.
Hadisə yerinə bir neçə təcili tibbi yardım maşını gəlib. R.Behbudov küçəsində böyük tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.