Türkiyədə səslərin sayımı davam edir- AKP liderdir

22:13 - 31 Mart 2019 - DÜNYA

Türkiyədə başa çatan bələdiyyə seçkilərində verilən səslərin sayımına başlanılıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, 194 min 678 sandıqdan 43 min 906-sı (22,55 faiz) açılıb. Hazırki nəticələrə əsasən iqtidardakı Ədalət və İnkişaf Partiyası (AKP) 48,02 faiz səslə öndədir.
AKP böyük şəhərlərdən İstanbul və Ankarada da liderliyi əlində saxlayır. İzmirdə isə Cümhuriyyət Xalq Partiyası (CHP) öndədir.

***

Artıq sandıqların 113 min 712-si (58,41 faiz) açılıb.

İlk üçlükdəki AKP 46,51 faiz, CHP 30,75 faiz, İYİ Partiyası 6,54 faiz səs toplayıb.

Böyük şəhərlərdən İstanbul və İzmirdə dəyişiklik olmayıb. Ankarada isə CHP önə keçib.

Xəbər xətti