Rusiyanın Nijni Novqorod şəhərində yaşayış binasında mənzillərdən birində yanğın olub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 5 nəfər həlak olub. Onlardan 2-si təcili yardım avtomobilində dünyasını dəyişib. Bildirilir ki, hadisə yerinə gələn yanğınsöndürənlər briqadası yanğını söndürüblər.
Hadisə ilə bağlı araşdırma aparılır.