Deputat bu mahnıya görə nazirə və baş prokurora müraciət etdi - Video

14:17 - 31 Mart 2019 - Xəbər

Millət vəkili Fazil Mustafa “Kazbekə şey basım, fırranım” mahnısı ilə bağlı Baş Prokuror Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova müraciət edib.

Ucnoqta.az xəbər verir ki, deputat Fazil Mustafa bu barədə sosial şəbəkədə yazıb:

"Şəxsən Azərbaycan Respublikasının daxili işlər nazirinə və baş prokuroruna müraciət edirəm. Bu videonu çəkənləri, narkomaniyanı təbliğ edən belə bir meyxananı səsləndirənləri və burada atılıb-düşən narkoman fahişələri məsuliyyətə cəlb etmək barədə təcili tədbir görsünlər. Rəsmi müraciətim də olacaqdır, bu adamların davranışı birbaşa cinayətə çağırışdır, narkomaniyanın açıq təbliğidir və buna gülən, bunu bəyənən nadan sürüsünə rağmən cəmiyyətin az-çox düşünən insanları bu cür iyrənc təbliğatdan hansı fəsadların törənə biləcəyinin fərqindədirlər. Kim bu videonu bəyənmişsə, Allah mütləq onların ocağını nəşələndirəcək, Kazbek dolduranlarla fərəhləndirəcək.. Narkomaniyanı təbliğ edən bu fahişələrin başını keçəl vurdurub küçə süpürtdürmək ən faydalı islah işi olardı...Burada uşaqları belə bir klipə cəlb edənləri də ifşa etmək unudulmamalıdır".

Xəbər xətti