Sumqayıtda 29 yaşlı qadın əri tərəfindən ölümcül döyülüb.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Dəmir yolu keçidi adlanan ərazidə baş verib. Sumqayıt şəhər sakini, 1990-ci il təvəllüdlü Bağırova Çinarə Mətləb qızı ailə münaqişəsi zəmnində əri tərəfindən döyülüb.
Qadın Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılaraq cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan Bağırova Çinarənin vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Faktla bağlı araşdırma aparılır.