Meksikada dörd cinayətkara ümumilikdə 6,7 min il həbs cəzası verilib

22:00 - 30 Mart 2019 - DÜNYA

Meksikada mühacirləri qaçıran cinayətkarlar məhkəmənin hökmü ilə bir neçə min il həbs cəzasına məhkum edilib.

Bu barədə Meksikanın baş prokurorluğu məlumat yayıb.
Məlumata əsasən, 2018-ci ilin fevralında Tamaulipas ştatında 117 mühaciri qaçırmaqda günahkar bilinən dörd cinayətkara ümumilikdə 6,7 min il həbs cəzası verilib. Onlardan ikisi 1,9 min il, biri 1,7 min il, digəri isə 1,2 min il həbs cəzası alıb.

Həmçinin cinayətkarlar zərərçəkənlərə böyük miqdarda kompensasiya ödəməlidir.

Tamaulipas ştatı insan, əsasən də narkokartellərin hədəfinə çevrilən mühacir oğurluğunun mütəmadi baş verdiyi yerdir. Hüquq müdafiəsi təşkilatlarının məlumatına əsasən, Meksikada il ərzində orta hesabla 20 min qanunsuz mühacir oğurluğu qeydə alınır. Cinayətkarlar bir insanın girovluqdan azad edilməsi üçün adətən 2 min dollar tələb edir./AzərTac

Xəbər xətti