Sərnişin avtobusunun yük avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb

13:35 - 30 Mart 2019 - Xəbər

“Araz Trans” şirkətinə məxsus “Mercedes” markalı iri tutumlu sərnişin avtobusunun Qaradağ rayonu ərazisində “QAZel” markalı yük avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib. Hadisə nəticəsində 37 yaşlı kişi kəllə-beyin, 18 yaşlı kişi qapalı kəllə-beyin travması, 26 yaşlı qadın isə sol əl və sağ ayağından xəsarət alıb.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda onların vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, beynəlxaq daşımalarda iştirak edən avtobus Tbilisidən Bakıya gəlirmiş.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti