"ASAN xidmət” işıqlarını söndürəcək

13:12 - 30 Mart 2019 - Xəbər

Hər il mart ayının son şənbə günü dünyada "Yer saatı” aksiyası keçirilir.

Məşhur binaların fasad işıqları yerli vaxtla saat 20:30–da bir saatlıq söndürülərək iqlim dəyişikliyinə diqqət çəkilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib ki, agentlik bu il də xidmət mərkəzlərinin fasad işıqlarını 1 saatlıq söndürməklə bu hərəkata qoşulacaq. Aksiya martın 30-da keçiriləcək.

Xəbər xətti