ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Meksika ilə sərhədi ticarət üçün bağlaya bilər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Tramp jurnalistlərin "Meksika ilə sərhədi ticarət üçün bağlaya bilərsinizmi?" - sualına belə cavab verib: "Bu, bütün ticarət üçün ola bilər". "Biz sərhədi uzun müddət bağlı saxlayacağıq", - deyə Amerika prezidenti bildirib.
"Mən oyun oynamıram. Meksika bunu dayandırmalıdır", - deyə Ağ Ev rəhbəri qeyd edib. Donald Tramp bir qədər əvvəl bildirib ki, əgər Mexiko ABŞ-a qanunsuz miqrasiyanın axınına son qoymasa, gələn həftə o Meksika ilə sərhədi bağlayacaq. Lakin o, bunun ticarətə və ya insanların gediş-gəlişinə aid olub-olmayacağını açıqlamayıb.