İnsan ölməzdən öncə bu yuxuları görür – Eksperiment

20:36 - 29 Mart 2019 - Xəbər

10 ildir ki, Buffalo institutunun həkimləri xəstəxanada ölən insanların yuxuları barədə məlumat toplayırdılar.

11.000 nəfər xəstədən sorğu aparan həkimlər bütün bu yuxuları bir yerə toplayıblar. Ucnoqta.az Medicina.az-a istinadən xəbəb verir ki, xəstələrin ölümündən 10 həftə əvvəl təkrarlanan, eyni epizodlu yuxular görməsi aşkar olunub. Belə ki, 88 % xəstə bildirib ki, onların yuxularına ölmüş qohum və tanışları gəlib. Onlar xəstəni çağırıb, harasa getməyə dəvət edib və ya aparıb. 59% xəstə harasa səfərə, səyahətə hazırlaşdığını, təyyarədə və ya qatarla harasa uzaq yola getdiyini görüb.

29% sanki keçmişdən, keçmiş həyatdan səhnələr, çox əlvan, maraqlı, xoş təsir edən yuxular gördüklərini etiraf ediblər.  Ölümə 3 həftə qalmış bu yuxular təkrarlanır, daha aydın canlanır.

Xəbər xətti