Gənc fəal idman departamentinin direktoru təyin olunub

20:17 - 29 Mart 2019 - Xəbər

GVB I rübü dəyərləndirdi I rübün yekunu ilə bağlı Gənc Vətənpərvərlər Ictimai Birliyi İdarə heyətinin iclası keçirilib.

İclası giriş sözü ilə açan birliyin sədri Muğan Əliyev iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri R. Hacıyeva I rübdə görülən işlər barəsində hesabat verib. Yığıncaqda təşkilatı məsələlərə də baxılıb.

GVİB sədrinin təklifi ilə Birliyinin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi, gənc fəal Akşin Fazil oğlu Hüseynov İdman Departamentinin direktoru vəzifəsinə təyin olunub. İclasda cari məsələlər də müzakirə olunmuş və II rübdə görüləcək işlər, Ümummilli liderimiz Heydər Əliyevin 96 illk yubileyinə həsr olunmuş idman tədbirlərinin keçirilməsi haqqında tədbirlər planı təsdiq olunub və icra olunacaq layihə üzrə təşkilat komitəsi yaradılıb.

Qeyd edək ki İdman Departamentinə direktor təyin olunan gənc fəal Akşin Hüseynov "Qubadlı" idman klubunun prezidentidir.
 

Xəbər xətti