Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının cəbhəyanı ərazidə yerləşən Qaradağlı kəndində keçirdiyi tədbirlər nəticəsində 2 ədəd “TOZ” markalı, 1 ədəd “İJ” markalı tüfəng və 8 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.