Bakıda dilənçi özünü yandırmaq istəyib

16:37 - 29 Mart 2019 - Xəbər

Martın 28-də axşam saatlarında növbəti profilaktiki tədbir zamanı dilənçiliklə məşğul olan, 1983-cü il təvəllüdlü, Bakı şəhər sakini, I qrup əlil, əvvəllər məhkum olunmuş Əhliman Məmmədov Nərimanov rayonu, Dəmirçizadə küçəsində saxlanılarkən üzərində gəzdirdiyi yanacaqla özünü yandırmağa cəhd göstərib.

Ucnoqta.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən “Report”a verilən məlumata görə, ona ilkin tibbi yardım göstərilərək xəstəxanaya çatdırılıb. Yanğın xəsarətləri alan Ə.Məmmədova tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Ə.Məmmədovun özünəqəsdinin qarşısını alan zaman iki polis əməkdaşı əl nahiyələrindən yanıq xəsarətləri alıblar.

Paytaxtda polis tərəfindən xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.

Xəbər xətti