Nazir Sahil Babayevin Ağdaş rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Nazirlikdən Ucnoqta.az-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin Ağdaş rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilib.
Qeyd edək ki, S.Babayevin Ağdaş rayonunda Mingəçevir, Naftalan, Xocalı şəhərlərinin və Ağdaş, Goranboy, Yevlax rayonlarının sakinlərini fərdi qaydada qəbul etməsi nəzərdə tutulub. Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq.