Kölndə İkinci Dünya Müharibəsindən qalmış bomba tapılıb

08:00 - 28 Mart 2019 - DÜNYA

Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətin ən böyük şəhəri olan Kölndə İkinci Dünya Müharibəsindən qalmış aviabomba tapılıb.

Bu barədə "Kölnische Rundschau" nəşri məlumat yayıb. Qeyd olunub ki, aparılan tikinti işləri zamanı aşkar edilən və 500 kq ağırlığında olan bombanın detonatoru işlək olub.
Risk zonası 300 metr olub və bombanın zərərsizləşdirilməsi zamanı 2100 nəfər təxliyə edilib.

Son məlumata görə, bomba uğurla zərərsizləşdirilib./report

Xəbər xətti