MDB XİN Şurasının növbəti iclası Moskvada keçiriləcək

17:45 - 27 Mart 2019 - Xəbər

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri (XİN) Şurasının növbəti iclası aprelin 5-də Moskvada keçiriləcək.

Bu barədə Trend MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən məlumat verir İclasın gündəliyinə 10 məsələ daxildir.

Nazirlər MDB dövlət başçılarının II Dünya müharibəsinin başlanmasının 80 illiyi ilə bağlı bəyanat layihəsini, həmçinin xarici siyasət idarələri arasında tərəfdaşlığın artırılması məsələlərini müzakirə edəcəklər./trend

Xəbər xətti