"Məhərrəm Əliyevin heç bir ticarət obyektinə birbaşa və dolayısı ilə bağlılığı yoxdur"
Bunu Milli Məclisin deputatı Adil Əliyev “Diqlas” Ticarət Mərkəzinin qardaşı, ədliyyə nazirinin müavini, general-leytenant Məhərrəm Əliyevə məxsus olması ilə bağlı məlumatlara münasibət bildirərkən deyib:
"Dayım oğlu Nadir Əzizovun ticarət mərkəzi var, adı da “Ramal”dır: Həmin ticarət mərkəzi Əzizovlar ailəsinə məxsusdur. Hər kəsin obyekti - istər “Diqlas”, istərsə də “Ramal” - özlərinin sağlığına qismət olsun. Bizim qürurumuz, namusumuz şərəfimizdir. Kimsə bilərəkdən yalan məlumat yayırsa, onun namusu, vicdanı və şərəfi sual altındadır”.