“Dəvət edin, bizə dəyən ziyanı ödəsinlər”
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov “Diqlas” ticarət mərkəzində baş verən yanğından zərərçəkən satıcılarla görüşüb. İcra başçısı onların şikayətlərini dinləyib və bu gün saat 4-də sahibkarla görüşəcəyini qeyd edib.
İcra başçısı qeyd edib ki, kimin bankda krediti varsa, bank rəhbərlərindən kreditin ödənilməsi ilə bağlı xahiş edərik: “İndi istintaqa öz izahatınızı verin və borclarını ifadənizdə qeyd edin ki, məsələlər tez yekunlaşsın. Kimə işləmək üçün yer lazımdırsa gəlin, bu barədə də müraciət edin.
Mağaza satıcılarından biri icarəyə götürdüyü obyektinin 2 dəfə yandığını, hər dəfə də onlara kompensasiya veriləcəyini qeyd etsələr də, buna əməl edən olmadığını diqqətə çatdırıb : “Dedilər ki, 7 ay yer pulu verməyəcəksiniz, sadəcə iki ay gözlədilər, 3-cü ay isə tutdular. Sahibkarı bura dəvət edin, yerindəcə camaata dəyən ziyanı ödəsin. qafqazinfo