Misir Mərdanov avtomobil qəzasına düşüb

12:44 - 27 Mart 2019 - Xəbər

Keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunbun direktoru Misir Mərdanov avtomobil qəzasına düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ONA-ya Misir Mərdanovun özü məlumat verib. O bildirib ki, bir neçə gün əvvəl avtomobil qəzasına düşüb: “Qəza nəticəsində bir az bədən xəsarətləri almışam. Hazırda isə müalicə olunuram”.

Misir Mərdanov qəzanın təfərrüatları barədə əlavə məlumat vermək istəməyib.

Xəbər xətti