DTX-nin hərbi qulluqçularına ali hərbi rütbələr verilib- Sərəncam

12:22 - 27 Mart 2019 - Xəbər

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

general-leytenant ali hərbi rütbəsi

general-mayor İsmayıl Məmmədəli oğlu Bağırov

general-mayor ali hərbi rütbəsi

polkovnik Araz Süleyman oğlu Əhmədov
polkovnik Zaur Aydın oğlu Əliyev
polkovnik Sultan Cavanşir oğlu Fərzəliyev

Xəbər xətti