Hindistan peyk əleyhinə silahı uğurla sınaqdan keçirib.
Bunu Hindistanın baş naziri Narendra Modi bəyan edib. Nazir bildirib ki, Hindistan yerli istehsal olan silahla aşağı Yerətrafı orbitdə hərəkət edən peyki məhv edib. Həmin silah Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı tərəfindən istehsal olunub.
N.Modinin sözlərinə görə, Hindistan artıq kosmik müharibəyə hazırdır.
Qeyd edək ki, dünyada yalnız 3 ölkə - ABŞ, Rusiya və Çin peyk əleyhinə silaha malikdir.