İsrailə raket atıldı, “Eurovision 2019”-un təxirə salınması gündəmə gəldi
“Eurovision 2019” mahnı müsabiqəsi ləğv oluna bilər. “Qafqazinfo” xəbər verir ki, bu barədə “The Jerusalem post” qəzeti məlumat yayıb. Müsabiqənin ləğv olunmasına səbəb Həmasın Qəzza ərazisindən Təl-Əvivə raket atması olub. Belə ki, İsrailə atılan raket beynəlxalq layihənin keçiriləcəyi sərgi mərkəzindən 17 km aralıdakı əraziyə düşüb.
Təhlükəsizliyin təmin olunmadığı ərazidə yarışmanın baş tutması Avropa Yayım Birliyini (EBU) narahat edib. EBU rəsmiləri açıqlamasında “İsraillə təhlükəsizliyin təmin olunması istiqamətində danışıqlar aparılır. Müharibə və iri miqyaslı hərbi əməliyyatlar olarsa, “Eurovision 2019” ləğv oluna bilər” – deyə bildirilib.