Ramil Usubov yeni rəis təyin etdi

10:59 - 27 Mart 2019 - Xəbər

Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinə rəis təyin edilib.

Bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb. Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Ramil Baloğlanov təyinat alıb.
O, bundan əvvəl Maliyyə-plan idarəsinin rəis müavini vəzifəsində çalışıb.

İdarədən məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, bir müddət əvvəl Ramil Usubovun əmrinə əsasən, DİN-in Maliyyə-plan idarəsinin rəisi, polis polkovniki Səxavəddin Abdullayev təqaüdə göndərilib. oxu.az

Xəbər xətti