Ağ Ev İŞİD terrorçularının Suriyada işğal olunan bütün ərazilərdən təmizləndiyini açıqlayıb.
Bu barədə Ağ Evin sözçüsü Sarah Sanders məlumat verib. O, İŞİD-ə qarşı əməliyyatların artıq son mərhələdə olduğunu bildirib. Xatırladaq ki, fevralın 28-də Donald Tramp Suriyada işğal olunmuş bütün ərazilərin İŞİD-dən geri alındığını açıqlamışdı. Qafqazinfo