ABŞ Prezidenti Donald Tramp İŞİD-in Suriyada son dayağının axşama qədər məhv ediləcəyinə söz verib.
Bunu Tramp jurnalistlərə açıqlamasında deyib. “İndi sonuncu kiçik ocaq qalıb. Bu gün axşam o da olmayacaq”, deyə Tramp bildirib.
Qeyd edək ki, sözlərinin sübutu kimi Tramp iki xəritə göstərib. Birinci xəritə 2017-ci ilə, digəri isə bu günə aiddir.
Bu günə aid olan xəritədə kiçik nöqtə qeyd olunub./trend