Avropa Komissiyası “Google” şirkətini rekord məbləğdə - 1,49 milyard avro cərimələyib.
“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. Məlumata görə, cərimə “Google”un Avropa İttifaqının antiinhisar qanunvericiliyinin qaydalarını pozması, eləcə də onlayn reklam bazarındakı vəziyyətdən sui-istifadəyə yol verməsi ilə bağlıdır.
Xatırladaq ki, bir qədər əvvəl “Google” üçün cərimənin 13 milyard dollara qədər olacağı deyilirdi.