Nazarbayevin qızı yüksək vəzifəyə seçilib

14:00 - 20 Mart 2019 - DÜNYA

Qazaxıstan parlamenti Senatının deputatları ölkənin birinci prezidentinin böyük qızı Dariqa Nazarbayevanı spiker seçiblər.

Yeni spikerin seçilməsi əvvəlki Senat sədri Kasım-Jomart Tokayevin Prezident vəzifəsinin icrasına başlaması ilə əlaqədardır.
Xatırladaq ki, dünən Nursultan Nazarbayev xalqa müraciətdə Qazaxıstan Prezidenti vəzifəsindən getdiyini açıqlayıb.

Ölkədə prezident seçkilərinin 2020-ci ildə keçirilməsi planlaşdırılır. trend

Xəbər xətti