ABŞ Venesuelanın “Minerven” dövlət mədənçilik şirkəti və onun rəhbəri Adrian Antonio Perdomo Mataya qarşı sanksiya tətbiq edib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Ağ Ev bununla belə Venesuelanın “Globovision” teleşirkətinin rəhbərləri - Raul Qorrin və Qustavo Perdomo ilə əlaqəli olan 12 şəxsi sanksiya siyahısından çıxarıb. ABŞ-ın bu addımının səbəbləri hələlik açıqlanmayıb.