ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyanın Deyr-əz-Zor əyalətinin Baquz kəndinə hava zərbəsi endirib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Suriyanın dövlət telekanalı xəbər verir. Məlumata əsasən, hava zərbəsi nəticəsində azı 10 dinc sakin həlak olub. Onların arasında uşaqların da olduğu bildirilir.