Belqradda etirazçılar prezident Aleksandr Vuçiçin iqamətgahını mühasirəyə alıblar.
TASS-nın məlumatına görə, aksiya iştirakçıları iqamətgah boyunca canlı sipər yaradıblar. Bildirilir ki, əraziyə minədək etirazçı yığışıb. Onlar prezidentin və hökumətin istefasını tələb edirlər. Həmçinin prezidentin binadan çıxıb onlara müraciət etməsini istəyirlər.
İnsident üzündən Belqradın mərkəzində avtomobil yolları bağlanıb./bizimyolinfo