Roma Papası Fransisk Yeni Zelandiyada məscidlərdə baş vermiş terror aktları üzündən kədərləndiyini bəyan edib və inanclı insanları zorakılığa qarşı mübarizəyə səsləyib.
RİA Novosti-nin məlumatına görə, Roma Papası Vatikanda ənənəvi moizə zamanı hadisə nəticəsində ölən və yaralananlara, eləcə də onların yaxınlarına görə dua etdiyini bildirib. O, “müsəlman qardaşlara” yaxın olduğunu deyib və bütün inanclı insanları dualarında birşləşməyə çağırıb.
Qeyd edək ki, Yeni Zelandiyada məscidlərə silahlı hücum nəticəsində 50 nəfər ölüb, 50 nəfər yaralanıb. Hadisəni törədən 28 yaşlı Brenton Tarrant həbs olunub./oxu.az