Yeni Zelandiya polisi terror aktında şübhəli bilinən 3 nəfəri buraxıb

08:50 - 17 Mart 2019 - DÜNYA

Yeni Zelandiyada törədilən terror aktından sonra saxlanılan 4 nəfərdən 3-ü məsciddə ki atışmada günahkar deyil.

  ONA-nın “İzvestiya”ya istinadən yaydığı xəbərinə görə, bunu ölkənin polis rəisi Mayk Buş istintaqın gedişinə dair çağırılmış mətbuat konfransında deyib.  O bildirib ki, saxlanılan 2 nəfərə qarşı başqa ittihamlar irəli sürülüb. Belə ki, saxlanılanlardan birinin maşınında qeydə alınmamış odlu silah tapılıb, digəri isə irqi diskriminasiyada günahlandırılır. 

Beləliklə, məscidlərdə törədilən terror aktında yeganə şübhəli hələlik avstraliyalı Brenton Tarrantdır.  

Xəbər xətti