Ukraynadan BMT-yə Çağırış: Rusiyanı “veto” hüququndan məhrum et

00:53 - 16 Mart 2019 - DÜNYA

Ukrayna xarici işlər nazirinin müavini Sergey Kislitsa Rusiyanın BMT Təhlükəszilik Şurasında (TŞ) veto hüququndan məhrum edilməli olduğunu söyləyib.

O, bunu rəsmi Moskvanın qonşu ölkələrinə qarşı yürütdüyü təcavüzkar siyasəti ilə əsaslandırıb. Ukrayna mediasının verdiyi məlumata əsasən, Sergey Kislitsa bu bəyanatını BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclasında səsləndirib.
“Əgər BMT TŞ dünyada sülhün və təhülkəsizliyin təmin olunmasına cavabdeh kimi real, heç bir kompromisə getməyən orqana çevrilməsə heç kim Ukraynanın məruz qaldığı aqressiyadan sığortalanmayacaq”, - deyə ukraynalı diplomat bildirib.

Sergey Kislitsa bununla prezident Pyotr Poroşenkonun “Rusiyanı yerinə oturtmaq” barədə çağırışını yenidən təkrarlayıb. Rusiya isə öz növbəsində yeni sanksiyaların rəsmi Kiyevin əlinə fürsət verəcəyindən şikayətlənib.

Parlamentin yuxarı palatası sayılan Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçev Avropa palramentinin yeni məhdudlaşdırıcı tədbirlərini Ukraynadakı prezident seçkiləri öncəsi “Qərbin yaxşı hədiyyəsi” olaraq adlandırıb.

Onun sözlərinə görə, ABŞ, Kanada və Avropa Birliyi Kiyevin təxribatlarının girovuna çevriliblər. “Bu isə o deməkdir ki, Ukrayna sakitcə, nə qədər və necə istəyirsə Qərbin sanksiyalarını özü üçün təşkil edə bilər”, - deyə Konstantin Kosaçev qeyd edib./musavat.com

Xəbər xətti