ABŞ Prezidenti Donald Trampın vaxtilə seçki qərargahının rəhbəri olmuş Pol Manafort Kolumbiya Dairə Məhkəməsi tərəfindən qeydiyyatsız lobbiçilikdə və şahidlərə təzyiq göstərməkdə ittiham edilərək 3 il 6 aylıq həbs cəzasına və 6 milyon dollardan artıq cəriməyə məhkum edilib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ittihamnamədəki birinci epizod hesabları gizlətmək və vergidən yayınmaqla, 13 aylıq həbs cəzasına səbəb olan ikinci epizod isə ədalət mühakiməsini əngəlləməklə bağlıdır.
6 milyon dollarlıq pul cəriməsinə isə müttəhim vergidən yayındırdığı vəsaitlərin həcmi nəzərə alınmaqla məhkum edilib.