Türkiyənin İzmir şəhərində metropolitenin tikilməkdə olan deposu çöküb.
Dağıntılar altında iki işçi qalıb. Hadisə yerinə xilasedicilər və təcili yardım briqadaları cəlb olunub. Hazırda həmin işçilərin xilas olunması üçün əməliyyat aparılır.
Çökmənin səbəbləri ilə bağlı araşdırma aparılır.trend