Yaponiya sahillərində 5.8 bal gücündə zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar yerli vaxtla 17:10-da Fukusima prefekturasında İvaki şəhərindən 134 km şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 14.7 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib./trend