Avropa İttifaqı 2021-ci ildə ABŞ vətəndaşlarına viza tətbiq edəcək.
“Report” CNN-ə istinadən xəbər verir ki, ABŞ-dan gələnlər üçün Şengen məkanına girişi tənzimləyən Avropa Səyahət İnformasiya və İcazə Sistemi (ETIAS – European Travel İnformation and Autorization System) qüvvədə olacaq. Üçillik müddətə veriləcək viza səyahətlərin sayına məhdudiyyət qoymur.
Hazırda ABŞ vətəndaşlarının Avropaya vizasız 90 günədək müddətə gələ bildiyi qeyd olunur.