Şimali Koreyada aclıq təhlükəsi ilə üzləşənlərin sayı 11 milyon nəfərə çatıb.
“Report” DW-yə istinadən xəbər verir ki, bu barədə BMT martın 6-da məlumat yayıb. Bildirilib ki, Şimali Koreya hakimiyyəti Soxe demontaj olunan raket poliqonunun bərpasına başlayıb.
BMT-nin məlumatına görə, son on ildə ölkədə məhsuldarlıq ən aşağı səviyyədə olub. Cari il əlverişsiz hava şəraiti və kənd təsərrüfatının səmərəsiz idarə edilməsi, əkin sahələrinin azlığı səbəbindən məhsuldarlıq 500 min ton azalaraq 4 milyon 950 minə düşüb. Ərzaq və su çatışmazlığından əziyyət çəkənləri sayı 10 milyon 900 min olub, yaxud ölkə əhalisinin 43 faizini təşkil edib.
Qeyd edək ki, 2013-cü ilin məlumatına əsasən, Şimali Koreya əhalisinin sayı 24 milyon 895 min nəfər olub.