ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı sanksiyaları uzadıb.
Bu barədə Ağ Ev məlumat yayıb. Tramp tərəfindən imzalanan memorandumda deyilir: “Venesueladakı situasiya Birləşmiş Ştatların milli təhlükəsizliyi və xarici siyasəti üçün fövqəladə təhdid olmaqda davam edir. Bu səbəbdən də Venesueladakı situasiya ilə əlaqədar fövqəladə durumu uzatmağı vacib hesab edirəm”.
Qeyd edək ki, martın 1-də də ABŞ Venesuelanın sanksiya siyahısını genişləndirmişdi. Sanksiya aralarında Milli Qvardiyanın komandiri Riçard Lopes Varqas da olmaqla altı fiziki şəxsə tətbiq olunmuşdu./qafqazinfo