ABŞ prezidenti Donald Tramp ABŞ-ın Ukraynadakı situasiya ilə bağlı Rusiyaya tətbiq etdiyi sanksiyaları bir il uzadıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Ağ Ev bunu Rusiyanın regiondakı fəaliyyətinin ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik maraqlarına “qeyri-adi və fövqəladə təhlükə” yaratması ilə əsaslandırıb.