Fransada 5,5 mindən çox insan "sarı jiletlər"in 16-ci etiraz aksiyasında iştirak edir
5,5 mindən çox insan bu gün Fransada "sarı jiletlər"in 16-cı ümumxalq etiraz aksiyasında iştirak etmək üçün küçələrə çıxıb. Trend-in məlumatına görə, bunu ölkənin DİN-i bildirib. Qeyd olunur ki, 1,3 mindən çox insan Parisdə keçirilən aksiyanın iştirakçılarıdır.
Nazirliyin verdiyi məlumata görə, bu göstərici ötən şənbə günü ilə müqaisədə bir neçə dəfə azdır. Aksiyalar zamanı 9 nəfərin saxlanıldığı bildirilir.