ABŞ Maliyyə Nazirliyi Venesuelaya qarşı sanksiyaları genişləndirdiklərini açıqlayıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, Nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsinin məlumatına görə, sanksiya siyahısına Venesuelanın insan hüquqlarının pozulması və başqa sui-istifadələrdə əli olduğu bildirilən 6 nəfər keçmiş və hazırkı rəsmi şəxsinin adı salınıb.
Xatırladaq ki, fevralın 24-də ABŞ Nikolas Maduro hökumətinin dörd nəfər rəsmisinin adını sanksiya siyahısına salmışdı.