"Space TV”də yayımlanan “Sevimli mahnı” verilişinin aparıcısı Mikayıl Güləddinoğlu sosial şəbəkədə müzakirələrə səbəb olan video paylaşıb.
Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, aparıcı azyaşlı övladını qucağına alaraq, avtomobil idarə edib. Onun yol hərəkəti qaydalarını kobud şəkildə pozması sosial şəbəkədə müzakirə edilib.
Qeyd edək ki, Mikayıl Güləddinoğlu özündən 14 yaş kiçik xanımla ailə qurub. Cütlüyün bu evlilikdən 2 qızı və 1 oğlu var.