Bu gün cəmiyyətimizdə zorlanma faktları durmadan artır.
Bu problemin qarşısını almaq üçün nə etməli?
Ucnoqta.az cıxış yolları barədə psixoloq Aytən Ələkbərovanın Milli.Az-a müsahibəsini təqdim edir:
- Azyaşlılara seksual tərbiyə aşılanmalıdırmı?
- Azyaşlılarda seksual tərbiyə dedikdə, çoxları bunu dərhal qara-qura nələrisə düşünüb, o mövqedən yanaşılması düzgün deyil. Ümumi cinsəl tərbiyədən gedir söhbət, istər psixoloji, androloji və ginekoloji. Bu cür yanaşaraq bunların əsasında hansı nəticəni çıxara biləcəyimizdən danışaq. Yeniyetməlik yaş dövründə anatomik və fizioloji dəyişikliyi hiss edən valdeyn və müəllim bunun elmi açıqlamasıyla yeniyetmədə baş verəcək faciənin qarşısını almaqla müxtəlif maarifləndirici söhbətlər aparılmalıdır.
- "Faciə" deyəndə nəyi nəzərdə tutursunuz?
- Faciə dedikdə, hər yeniyetmənin cinsi istəklərinin artması və onun xaotik yanaşması məhz orta məktəb dövründən başladığına görə məktəblərdə baş verən hadisələrə gətirir, bilmədən hisslərə qapanıb həm özünün, həm özü yaşda olan qızın taleyiylə oynamaq.
- Qərbin bəzi cizgi filmlərində erkən seksual inkişaf üçün müəyyən elementlərə rast gəlmək mümkündür. Bunun tərəfdarısınızmı?
- Əslində, danılmaz bir faktdır ki, artıq uşaqlar valdeyinlərlə seriallara baxaraq, orada olan öpüşmə səhnələrinə diqqət edərək gözlərini belə qırpmırlar. Hətta dəfələrlə olub ki, bəzi gənclər fikir bildirərkən bunun normal bir şey olduğunu qeyd ediblər. Amma bizim mental dəyərlərə görə, bunun əleyhinəyəm, çünki bu, bizim üçün deyil.
- Bəs məktəblərdə seksual tərbiyə ilə bağlı fənnin tədrisinə ehtiyac var?
- Bəli, çünki məhz üçüncü şəxsiyyət dövrü məktəbin ən çılğın olan 8, 9, 10, 11-ci siniflərində bu aydınlaşdırılmalıdır. Çünki həmin faciələr o yaşdan başalyır və qarşısını almaq da cox gözəl mümkündür.
Heç kim bu dünyaya əxlaqsız gəlmir. Sadəcə olaraq, cəmiyyətə adaptasiya düzgün olmalıdır.
- Texnologiya, internet məktəblilərin seksual tərbiyəsinə nə kimi təsir edir?
- Cox gözəl sual və bəlası budur ki, onlarda anonizim xəstəliyinə meyillik artaraq gələcəkdə ailə qurmada fəsadlara və sonsuzluğa gətirir. Və beyinlər onlara baxaraq pozulur. Əsəb, stress, aqressiv yanaşmalar ortaya çıxır. Əvvəllər yeniyetmələrdə erkən cinsi istək halları bu qədər olmurdu. İndi texnologiyaya görə geniş vüsət alıb.