Yaponiyanın paytaxtı Tokioda 268 qram çəki ilə doğulmuş uşaq bir neçə aydan sonra xəstəxanadan buraxılıb.
Ötən ilin avqustunda anadan olmuş körpə uzun müddət həkim nəzarətində qalıb. Qeyd olunur ki, ana bətnində baş vermiş qüsur nəticəsində uşağın böyüməsi dayanıb və nəticədə hamiləliyin 24-cü həftəsində qeysəriyyə əməliyyatı keçirilib.
Uşaq həkim nəzarətində olarkən 3 kiloqram çəki yığıb və müstəqil şəkildə ana südü qəbul etməyə başlayıb.
Bugünədək 300 qram çəkidən az doğulan uşaqlardan yalnız 23-ü sağ qalıb. trend