Pakistan Hindistanın hərbi təyyarəsini vurdu: - Video

11:47 - 27 Fevral 2019 - DÜNYA

Pakistan silahlı qüvvələri Kəşmir üzərində uçan Hindistan Hava Qüvvələrinə aid hərbi təyyarələri vurub.

Bu barədə “Reuters” məlumat yayıb. Məlumata görə, vurulmuş təyyarə Pakistanın hava məkanını pozub. Vurulmuş təyyarənin bir pilotunun əsir götürüldüyü bildirilir. Bu arada rəsmi Pakistan Hindistanın nəzarətində olan mübahisəli Kəşmir bölgəsinin hava məkanında uçan Hindistan hava qüvvələrinə aid iki qırıcını vurduğunu təsdiqləyib.

“Bu gün, Pakistan hava qüvvələri  Pakistanın təmas xətti yaxınlığında hava məkanını pozan təyyarələrə zərbələr endirib”, deyə xarici işlər nazirliyinin bəyanatında deyilir. Bəyanatda təyyarələrin ölkənin hava məkanını pozduqlarına görə vurulduğu və katapult etmiş 1 pilotun əsir götürüldüyü  qeyd olunur

Bundan əvvəl, fevralın 26-da Hindistana aid təyyarənin Pakistanla sərhəddə düşdüyü xəbəri yayılmışdı. Qəzanın səbəbi açıqlanmasa da, hadisə nəticəsində iki pilotun və bir dinc sakinin həlak olduğu bildirilirdi.
Xatırladaq ki, fevralın 25-də Hindistanın çoxtəyinatlı “Miraj 2000” (Dassault Mirage 2000)  qırıcısı Pakistanla sərhəddə yerləşən Kəşmir ştatında “Caişi-Məhəmməd” (başqa adı Həddam-ül-İslam) qruplaşmasına aid mövqelərə zərbələr endirib.

Həmin vaxt Pakistan lideri Arif Əlvi Hindistanın bilərəkdən sərhəddə gərginlik yaratdığını və Dehlinin bu hərəkətlərinin müharibəyə səbəb ola biləcəyini vurğulamışdı. oxu.az

Xəbər xətti