Almaniyanın paytaxtı Berlində 10 minə yaxın müəllim tətildə iştirak edir.
Müəllim həmkarlar təşkilatları əmək haqlarının 6 faiz artırılmasını tələb edir. Berlində yürüşdə iştirak edən təhsil işçiləri “Müəllimlərə layiqli əmək haqqı”, “Müəllimlər dayələrdən az qazanır” kimi şüarlar səsləndirib. Bu gün və sabah Berlində məktəblərin bağlı olacağı bildirilib.
Aksiyalar həmçinin Maynts, Frankfurt, Düsseldorf və digər şəhərlərdə də keçirilib. trend