İran prezidenti istefa verən Cavad Zərifə təşəkkür etdi

14:37 - 26 Fevral 2019 - DÜNYA

Mən cənab Zərifə təzyiqlərə dözdüyünə və göstərdiyi xidmətlərə görə təşəkkür edirəm.

Bunu İran Prezidenti Həsən Ruhani Mərkəzi Bankın 58-ci iclasında etdiyi çıxışında deyib. H.Ruhaninin sözlərinə görə, İran Xarici İşlər Nazirliyi, Neft Nazirliyi və Mərkəzi Bank sanksiyaların ön xəttindədir və bunun üçün Məhəmməd Cavad Zərifə, neft naziri Bijən Zəngənəyə və Mərkəzi Bankın baş direktoru Əbdülnasir Himmətiyə təşəkkür edir.

Qeyd edək ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ötən gecə instagram səhifəsində tutduğu vəzifədən istefa verdiyini elan edib.
İran Prezidenti Həsən Ruhani hələlik onun istefasını qəbul etməyib. trend

Xəbər xətti