Hindistan və Pakistan arasında gərginlik yenidən artıb.
Hindistanın döyüş təyyarələri Kəşmirdəki nəzarət xəttində yerləşən Muzafferabad bölgəsindən Pakistan hava məkanını pozub. Bu barədə Pakistan Silahlı Qüvvələrinin sözçüsü, general Asif Gafur tvitter səhifəsində yazıb. Onun sözlərinə görə, sərhəddən 5-6 kilometr Pakistanın hava məkanına daxil olan təyyarələr bu ölkənin qırıcılarının müdaxiləsindən sonra geri çəkiliblər. Hava məkanının pozuntusunda ümumilikdə 12 ədəd “Miraj 2000” qırıcısı iştirak edib.
Onlardan birinin tələsik şəkildə Pakistan tərəfinə bomba atdığı bildirilir.
Bombanın fotolarını və qalıqlarını paylaşan Gafur heç bir maddi və insan itkisinin olmadığını qeyd edib.
Qeyd edək ki, hər iki dövlət nüvə silahına malikdir. Analitiklər hesab edir ki, ölkələr arasında genişmiqyaslı hərbi qarşıdurma faciəli nəticələr doğura bilər.
Cammu və Kəşmirin ştatlarında müstəqillik və ya Pakistana birləşməni dəstəkləyən separatçılar aktiv fəaliyyət göstərirlər. Nyu-Dehli İslamabadı silahlı separatçılara dəstək verməkdə ittiham edir. İslamabad isə bu ittihamları rədd edir və bildirir ki, Kəşmir sakinləri öz hüquqları uğrunda müstəqil mübarizə aparırlar.
Hindistan və Pakistan arasında müsəlman əhalinin üstünlük təşkil etdiyi Kəşmir üzərində aparılan mübarizədə bu günə qədər 70 min insan həlak olub. згидшлф.фя